Klassik jurnalistika artıq yoxdur – Orxan Fikrətoğlu

Biz postjurnalistika dövrünü yaşayırıq, klassik jurnalistika artıq yoxdur. Ona görə yox ki, jurnalistikaya təzyiq var, ona görə də yox ki, jurnalistika peşə tənəzzülünə uğrayıb, ona görə ki, artıq kütlə peşəyə sosial sifariş kimi “məni maarifləndir” sifarişini vermir.

Newsmedia xəbər verir ki, bu fikirləri Kulis.az-a müsahibəsində yazıçı, jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu deyib. Yazıçı qeyd edib ki, kütlə istəyir ki, qapı deşiyindən kiminsə taleyini izləsin. Əylənsin. Düşünməsin. Bu gün “Zorxana” sifarişi yoxdur, Orxan Fikrətoğlu sifarişi yoxdur. Bu günün reallığında tamaşaçı saxta informativ məkanda “texno qəbulediciyə” çevrilib.

 “İnsanlar daha xəbəri analiz edib ondan nəticə çıxarmırlar. Sadəcə, olanları dalğa kimi qəbul edib, onu öz ağıllarında şərh etməyə çalışırlar. Bu gün insanlıq ədəbiyyatın, sənətin və medianın “kolxoz dönəmi”ni yaşayır. “At da hamınındır. Torpaq da”. Amma əməldə beyin – əkin əkilmir”.–deyə, O. Fikrətoğlu əlavə edib.

Anar Əli,

“Xalq qəzeti”

Oxşar xəbərlər