Kapital bank “Müştəri bank” sistemindən vacib məlumat

Kapital Bankın Müştəri Bank internet bankçılıq sistemindən istifadəçilərə Ramazan bayramı ilə əlaqədar vacib məlumat göndərilib.

Məlumatda deyilir ki,  qeyri-iş günləri ilə əlaqədar 21-24 aprel tarixlərində bankdaxili hüquqi şəxs və sahibkarların cari hesabları arasında köçürmələr istisna olmaqla, Müştəri bankda köçürmə və əməliyyatların icrası mümkün olmayacaq.

Növbəti iş gününün 25 aprel tarixində başlayacağı bildirilir və istifadəçilərin nəzərə almağı xahiş olunur.

Qeyd edək ki, “Müştəri Bank” internet vasitəsi ilə hüquqi şəxs və sahibkar fiziki şəxslərə bank hesablarının real vaxt rejimində idarə etmək imkanını yaradan sistemdir və ödənişlərin icra zamanını minimuma endirir.

Oxşar xəbərlər