Parisdə Azərbaycan musiqilərinə dair gecə keçirilib

Fransanın Paris şəhərində Azərbaycan musiqilərindən ibarət “Alov və İpək yurdu” adlı konsert keçirilib.

Newsmedia xəbər verir ki, Fransa paytaxtının 8-ci rayonunun meriyası, “Arts Au Diapason” Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən konsertdə azərbaycanlı bəstəkarların əsərlərini pianoçu Səidə Zülfüqarova, violonçeldə Lor Volpato ifa ediblər. Proqramda Oqtay Zülfüqarov, Fikrət Əmirov, Arif Məlikov, Adelya Hüseynzadə, Əşrəf Abbasov, Cövdət Hacıyev, Cahangir Zülfüqarov, Fərhad Bədəlbəylinin əsərləri yer alıb.

Konsertdə Azərbaycan bəstəkarları, onların yaradıcılığı, musiqimiz, habelə muğam, milli musiqi alətlərimiz tar və kamança haqqında qonaqlara geniş məlumat verilib. Konsertdə muğamın və kamançanın UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil edildiyi xüsusi vurğulanıb.

Musiqili gecədə fransalı violonçel ustası Lor Volpato qonaqlara Azərbaycan şairlərindən Nizami Gəncəvi, Nəbi Xəzri, Nəriman Həsənzadənin şeirlərindən parçalar səsləndirib.

Oxşar xəbərlər