Səftər Rəhimli: Bu il 50-dən artıq əmək yarmarkası keçiriləcək

Dövlət Məşğulluq Agentliyi əmək yarmarkalarının təşkilində yaxından iştirak edir. Ötən il təşkil edilən 63 əmək yarmarkasında 9 min 833 nəfər işlə təmin edilib.
Newsmedia xəbər verir ki, bunu Bakıda qonaqpərvərlik sahəsində iş axtaranlar üçün karyera günü ilə başlı təşkil olunmuş tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Səftər Rəhimli söyləyib.
Nazirlik rəsmisi əlavə edib ki, bu il 50-dən artıq əmək yarmarkası keçiriləcək: “ Həmçinin yarmarkalarda sosial cəhətdən həssas və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilməsi qaydası, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili və digər məşğulluq tədbirləri barədə təqdimatlar edilib. Təsdiqlənmiş plana əsasən ölkə üzrə cari il ərzində 56 əmək yarmarkasının keçirilməsi planlaşdırılır ki, bu da işaxtaran və işsiz şəxslərin əmək bazarına qaytarılmasına, həmçinin əlavə olaraqda işəgötürənlərin çevik şəkildə kadr ehtiyaclarının ödənilməsinə gətirib çıxaracaq. Yarmarkanın keçirilməsində əsas məqsəd işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir”.
S.Rəhimlinin sözlərinə görə, bu ilin birinci rübündə 77 687 nəfər işsiz, işaxtaran kimi aktiv məşğulluq tədbirləri ilə əhatə edilib. Onlardan 12 820 nəfəri “Əmək və məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən münasib vakansiyalar üzrə işlə təmin edilib. 1 245 nəfər isə kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub. Yanvar-mart aylarında 2 190 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 61 432 şəxsə isə peşəyönümü xidmətləri göstərilib”.
məqsəd işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir”.

Oxşar xəbərlər