Güllə atıcısımız Dünya Kubokunda bürünc qazanıb

Azərbaycan güllə atıcısı Ruslan Lunyov Perunun paytaxtı Limada keçirilən Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) təşkil etdiyi Dünya kubokundan bürünc medal qazanıb. Newsmedia xəvər verir ki, o 25 m məsafəyə kiçikçaplı pnevmatik tapançadan sürətli atəş açma yarışında üçüncü olub. Qeyd edək ki, fransalı Klemen Besua yarışda qalib adını qazanıb. Gümüş medala isə çexiyalı Matey Rampula yiyələnib.

Üç güləşçimiz Avropa çempionatının finalına yüksəlib

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürüb. İlk yarış günündə 5 çəkidə sərbəst güləşçilər mübarizə aparıb. Azərbaycan Güləş Federasiyasının məlumatına görə, yarışa dörddəbir final mərhələsindən qoşulan Əliabbas Rzazadə (57 kq) almaniyalı Horst Lerə “tuş”la qalib gəlib. Pəhləvanımız yarımfinalda italiyalı Simyone Piroddu ilə qarşılaşıb. Gərgin keçən görüşdə 12:8 hesablı qələbə əldə edən Rzazadə finala yüksəlib. Əliabbas həlledici görüşdə türkiyəli Süleyman Atlıyla üz-üzə gələcək. Əli Rəhimzadə (65 kq) səkkizdəbir finalda albaniyalı İslam Dudayevi mübarizədən kənarlaşdırıb – 5:2. Ancaq 1/4 finalda ermənistanlı Vazgen Tevanyana uduzub – 1:4. Rəqib finala yüksəldiyi üçün…

ABŞ F-16 ilə bağlı Türkiyəylə müəyyən razılığa gəlib

F-16 döyüş təyyarələrinin rabitə sistemi olan “Link-16” taktiki məlumat bağlantısı şəbəkəsinin modernizasiya dəstlərinin Türkiyəyə satışı ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənib. Newsmedia Türkiyənin SABAH qəzetinə istinadən xəbər verir ki, məsələ ilə bağlı Konqres məlumatlandırılıb və satış paketinə Avtomatik Qəzadan Qaçma Sistemləri, həmçinin mövcud F-16-ların Link-16 taktiki məlumat bağlantısı sistemini “Blok Təkmilləşdirmə-2” səviyyəsinə yüksəltmək üçün müvafiq avadanlıq və mühəndislik dəstəyi daxildir.

“İsraildə Azərbaycan Evi” beynəlxalq aləmə çağırış edib

Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı İsraildə fəaliyyət göstərən diasporumuzun kəskin etirazına səbəb olub.  Newsmedia xəbər verir ki, məlumat “İsraildə Azərbaycan Evi” diaspor təşkilatından alınıb. Məlumatda verilib kİ, “İsraildə Azərbaycan Evi” nin adından beynəlxalq qurumlara ünvanlanan bəyanatda Azərbaycan Ordusu əsgərlərinin – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana hansı şəraitdə əsir düşmələrinə aydınlıq gətirilib. Azərbaycanlı hərbçilərə qarşı törədilmiş qeyri-insanı hərəkətlərə diqqət cəlb edilib, bu cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.  Müvafiq beynəlxalq təşkilatların…

Sonuncu İran şahının oğlu İsrailə səfər edəcək

1979-cu ildə İranda İslam İnqilabı nəticəsində devrilən şah Məhəmməd Rza Pəhləvinin sürgündəki vəliəhd oğlu Rza Pəhləvinin bu həftə İsrailə səfər edəcəyi gözlənilir. Newsmedia xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb. Məlumatda deyilir ki, sonuncu İran şahının oğlu səfər zamanı “İran xalqından İsrailə dostluq mesajı” verəcək. İsraildə şah vəliəhdini İsrailin kəşfiyyat naziri Gila Gamliel qəbil edəcək. O bildirib ki, Rza Pəhləvi aprelin 17-də gecə saatlarında İsrailin illik Holokost anma mərasimində iştirak edəcək. Onun sözlərinə görə, o, həmçinin duzsuzlaşdırma zavoduna gedəcək, Qərb divarını və yerli Bəhai icmasının nümayəndələrini görəcək.…

Niderland azərbaycanlıları beynəlxalq qurumları Ermənistandakı nifrət hissinə reaksiya verməyə çağırıblar

İrəvan şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması xaricdə yaşayan soydaşlarımızın və dost icmaların da qəzəbinə səbəb olub. Belə ki, Benilüks Azərbaycanlıları Konqresi və Niderland Krallığında fəaliyyət göstərən digər təşkilat və icma üzvləri beynəlxalq qurumlara bəyanat göndəriblər. Newsmedia xəbər verir ki, Avropa və Niderland parlamentlərinə ünvanlanmış bəyanatda Azərbaycan əsgərinə verilən işgəncələrdən ccəmi iki gün sonra Ermənistanda dövlət bayrağımızın yandırılması ermənilərin Azərbaycana qarşı fobiyasını, nifrətini əks etdirdiyini sübut edir. Sənəddə bildirilib ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasiminin ümumdünya yayımında İctimai…

“Azərbaycan inşaatında Heydər Əliyev İrsi” – elmi praktik konfransı keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan inşaatında Heydər Əliyev İrsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Newsmedia xəbər verir ki, konfransda İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev çıxış edərək ulu öndər Heydər Əliyevin ölkəmiz qarşısında misilsiz xidmətlərindən söhbət açaraq, böyük liderin uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və prinsipial qərar və addımlarına toxunub. Dekan böyük dövlət xadiminin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurların əldə olunduğunu, yeni yaşayış massivlərinin salındığını, ucqar rayonlara…

Texnologiyanın həyatımızda rolu

Texnologiya hər gün sürətlə inkişaf edir. Bəzi insanlar texnologiyaya çox əhəmiyyət verməsə də, digərləri ən son texnoloji xəbərləri daim izləyir və ondan yüksək səviyyədə yararlanırlar. Artıq texnoloji yenilikləri demək olar ki, həyatımızın hər sahəsində istifadə edirik. Bəs texnologiya həyatımıza necə təsir göstərir? Gəlin birlikdə texnologiyanın gündəlik həyatımıza təsirini araşdıraq. Ünsiyyət. Pandemiya dövrü bizi texnologiyaya daha da yaxınlaşdırdı.  Çoxumuz evdən işləməyə, üzbəüz görüşləri video konfranslarla əvəz etməyə başladıq. Uzaqda olan ailəmiz, dostlarımız və sevdiklərimizlə “Zoom” və müxtəlif proqramlar vasitəsilə asan və sağlam şəkildə ünsiyyət saxlaya bildik. Beləliklə, texnologiya insanlarla daha rahat…

Klassik jurnalistika artıq yoxdur – Orxan Fikrətoğlu

Biz postjurnalistika dövrünü yaşayırıq, klassik jurnalistika artıq yoxdur. Ona görə yox ki, jurnalistikaya təzyiq var, ona görə də yox ki, jurnalistika peşə tənəzzülünə uğrayıb, ona görə ki, artıq kütlə peşəyə sosial sifariş kimi “məni maarifləndir” sifarişini vermir. Newsmedia xəbər verir ki, bu fikirləri Kulis.az-a müsahibəsində yazıçı, jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu deyib. Yazıçı qeyd edib ki, kütlə istəyir ki, qapı deşiyindən kiminsə taleyini izləsin. Əylənsin. Düşünməsin. Bu gün “Zorxana” sifarişi yoxdur, Orxan Fikrətoğlu sifarişi yoxdur. Bu günün reallığında tamaşaçı saxta informativ məkanda “texno qəbulediciyə” çevrilib.  “İnsanlar daha xəbəri analiz…