“Mən peyğəmbər deyiləm…” böyük maraq doğurdu

Dünən Beynəlxalq Muğam Mərkəzində (BMM) “BakuOperArt”ın layihəsi çərçivəsində dahi rus bəstəkarı S.V.Raxmaninovun romanslarından ibarət kamera-vokal konserti keçirildi. Bu gün dünya musiqi mədəniyyətində özünəməxsus yerə malik görkəmli bəstəkar S.V.Raxmaninovun anadan olmasının 150 illik yubileyi münasibətilə bir sıra ölkələrdə konsert proqramları keçirilir. Newsmedia xəbər verir ki, gecədə  S.Raxmaninovun bir-birindən gözəl, insanın ruhunu oxşayan musiqi nümunələri ilə, düşünməyə sövq edən poeziyanın fərqli səs tembrinə malik ifaçıların  çıxışları dinəyicilərin marağına səbəb oldu. “Mən peyğəmbər deyiləm…” adı ilə maraq doğuran konsertin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının müəllimi Yuliya Kərimova (piano) solistlər Əməkdar artistlər Fəridə Məmmədova…

Azərbaycanlı kulturoloq Rusiyada akademik seçilib

Azərbaycanlı tarixçi, nəzəriyyəçi-kulturoloq, professor Fuad Məmmədov Rusiya Təbiət Elmləri Akademiyasının akademiki elmi adına layiq görülüb.  Newsmedia xəbər verir ki, bunu hazırda Sankt-Peterburqda təşkil olunan “Təhsil XXI əsrdə” beynəlxalq forumunda iştirak edən Fuad Məmmədov da təsdiqləyib.  Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, “Simurq” beynəlxalq kulturoloji jurnalın (dünya mədəniyyəti və sivilizasiyasının tarix və nəzəriyyə məsələləri) təsisçisi və baş redaktoru olan Fuad Məmmədov 6 beynəlxalq akademiyanın akademikidir.  

Amerika azərbaycanlıları hərbçilərimizin azad olunmasını tələb edir

ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Koordinasiya Şurası Ermənistan tərəfindən əsir götürülmüş hərbçilərimizə işgəncə verilməsini hadisəsini qətiyyətlə pisləyib. Newsmedia xəbər verir ki, bu barədə Diaspor İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məlumatda qeyd olunur ki, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun əsir düşməsinin səbəbləri barədə məlumat verilib. Azərbaycanlı hərbçilərə qarşı törədilmiş qeyri-insanı hərəkətlərə diqqət cəlb edilib, bu zorakılıq aktı beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.  Müvafiq…

Qədr gecəsində kosmosdan Məkkənin foto və videosunu paylaşılıb

Birləşmiş Ərəb Əmirliklərinin astronavtı Sultan əl-Neyadi Beynəlxalq Kosmik Stansiyadan müqəddəs Məkkə şəhərinin foto və videosunu paylaşıb. Bu barədə “Emirates” informasiya agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, ərəb astronavt Qədr gecəsində müqəddəs məscidlərin olduğu ərazini paylaşmaq istədiyini, bundan sevinc və qürur hissi keçirdiyini özünün tviter səhifəsində yazıb. Qeyd edək ki, Sultan əl-Neyadi aprelin 28-də Beynəlxalq Kosmik Stansiyadan açıq kosmosa çıxacaq ilk ərəb astronavtı olacaq.

Ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər – Ali Baş Komandan

Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Bu sözləri Salyanda Azərbaycan Dövlət Televiziyasına müsahibəsində dövlət başçısı İlham Əliyev bildirib. Onun sözlərinə görə, biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə. Newsmedia.az

“Ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar”

Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Bu fikirləri Prezident İlham Əliyev Salyanda AZTV-yə müsahibəsində bildirib. Dövlət başçısı deyib ki, burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır. Bu gün bizim hərəkətlərimiz onu göstərir və niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun.

İkinci belə xidmət var ki, bu qədər insanlar tərəfindən bəyənilsin – Prezident

“ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır və nəinki ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, onu da deməliyəm ki, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Newsmedia xəbər verir ki, bu fikirləri aprelin 18-də Salyan şəhərində dövlət televiziyasına müsahibə verən Prezident İlham Əliyev bildirib. Mən bilmirəm, ikinci belə xidmət var ki, bu qədər insanlar tərəfindən bəyənilsin və eyni zamanda, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni, 10 il…

Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi bizim üçün prioritetdir  

Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir… Newsmedia xəbər verir ki, bu fikirləri  Prezident İlham Əliyev Salyanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib. Dövlət başçısı qeyd edib ki,  Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz – bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz – bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün,…

“Heydər Əliyev və Azərbaycan”adlı elmi konfrans

Bu gün AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ümummilli lider ulu öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda respublika elmi konfransı keçirilib. Newsmedia xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, instituta hədiyyə edilən əlyazmalardan ibarət sərgi ilə tanış olublar. Sonra tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın çoxəsrlik dövlətçilik tariximizin nadir şəxsiyyətlər olmasından, Azərbaycanın inkişafı və xalqımızın taleyi baxımından böyük tarix yaratmış şəxsiyyət olmasından söhbət açıb. Ölkə başçısının Sərəncamı ilə elan edilmiş “Heydər…

Sabirabadda Baş Prokurorluğun növbəti regional konfransı keçirilir

Sabirabad şəhərində Baş Prokurorluq tərəfindən təşkil olunan “Korrupsiya ilə mübarizədə Heydər Əliyev irsi” regional konfransı öz işinə başlayıb. Bu barədə Newsmedia -nın Sabirabada ezam olunmuş əməkdaşı Rüfət Sahiboğlu məlumat verib. Konfrans Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Siraqəddin Cabbarovun, Milli Məclisin deputatı Kamal Cəfərovun, Baş Prokurorluq və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, ətraf region prokurorluqlarının məsul əməkdaşları, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilir. Qeyd edək ki, bundan əvvəl də Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə və Zaqatala şəhərlərində Baş Prokurorluq tərəfindən…