AzMİU peyk müsabiqəsində seçilən 15 komanda arasında

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin “PİTech” komandası “CanSat Azərbaycan 2023” model peyk müsabiqəsinin 2-ci mərhələsində iştirak hüququ qazanıb. Universitetdən bildirilib ki, Tələbə Elmi Cəmiyyətinin üzvləri – Rizvan Fərzəliyev, Səbilə Zeynallı, Məhəmməd Abbaslı, Turan Məmmədov və Adil Rəhimov “PİTech” komandası adı altında mübarizə aparırlar. AzMİU-nun komandası 42 komanda içərisindən seçilən ən yaxşı 15 komandadan biri olub. Müsabiqənin ilkin “Layihələndirmə” mərhələsini uğurla tamamlayan komanda növbəti, yəni “Reallaşdırma” mərhələsində mübarizəni davam etdirəcək. Qeyd edək ki, “CanSat Azərbaycan” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılması, bu sahədə…

Konstitusiya Məhkəməsi Heydər Əliyevə konfrans həsr etdi

Bu ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində Konstitusiya Məhkəməsi tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışaraq ölkəmizdə müstəqilliyin bərpasından sonra Ümummilli Liderin xalqın təkidli tələbi nəticəsində hakimiyyətə qayıtmasının Azərbaycan dövlətçiliyini ciddi təhlükələrdən xilas etdiyini, ölkənin ictimai-siyasi, sosial-iqtisadi…

Kapital bank “Müştəri bank” sistemindən vacib məlumat

Kapital Bankın Müştəri Bank internet bankçılıq sistemindən istifadəçilərə Ramazan bayramı ilə əlaqədar vacib məlumat göndərilib. Məlumatda deyilir ki,  qeyri-iş günləri ilə əlaqədar 21-24 aprel tarixlərində bankdaxili hüquqi şəxs və sahibkarların cari hesabları arasında köçürmələr istisna olmaqla, Müştəri bankda köçürmə və əməliyyatların icrası mümkün olmayacaq. Növbəti iş gününün 25 aprel tarixində başlayacağı bildirilir və istifadəçilərin nəzərə almağı xahiş olunur. Qeyd edək ki, “Müştəri Bank” internet vasitəsi ilə hüquqi şəxs və sahibkar fiziki şəxslərə bank hesablarının real vaxt rejimində idarə etmək imkanını yaradan sistemdir və ödənişlərin icra zamanını minimuma endirir.

İsrail mətbuatı Heydər Əliyevlə bağlı məqalə yayımlayıb

İsrail mətbuatında ulu öndər Heydər Əliyevlə bağlı məqalə dərc olunub. Belə ki, Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun Ulu Öndər Heydər Əliyevlə bağlı qələmə aldığı məqalə İsrail mətbuatında yayımlanıb. Bu barədə TAİB dən məlumat verilib.  İsrailin Thej.ca informasiya agentliyində yayımlanan “Heydər Əliyev və Azərbaycan-İsrail münasibətləri” sərlövhəli məqalədə Ümummilli Liderin İsrail-Azərbaycan münasibətlərinin quurlması və inkişafındakı rolundan söz açılır. https://www.thej.ca/2023/04/18/heydar-aliyev-and-azerbaijani-israeli-relations/?fbclid=IwAR3CaA2GwEGaBurxAwaCnuWschO3lFVTYQccDJeFSKq1308G7-CaUOqMy30 İsrail Azərbaycanın ən önəmli strateji müttəfiqlərindən biri olduğu vurğulanan məqalədə İranla mnasibətlərin gərginliyi fonunda İsraildə səfirliyin açılmasından sonra iki ölkə arasındakı münasibələrin daha da inkişaf edəcəyi qeyd edlir.…