Uşaq evində Ramazan bayramı qeyd olunub

Müqəddəs Ramazan bayramı münasibətilə Nizami rayonunda yerləşən 1 saylı uşaq evində bayram tədbiri keçirilib.   Newsmedia xəbər verir ki, Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvləri, QHT və media təmsilçiləri tədbirdə iştirak edib. Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib ki, belə bir müqəddəs və əziz gündə uşaq evlərini ziyarət etmək, uşaqların bayramlarını təbrik etmək mənəvi borcumuzdur. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin təbirincə desək, uşaqlar bizim gələcəyimizdir və biz bu gələcəyin sağlam qurulması üçün səfərbər olmalıyıq. Bu gün valideyn himayəsindən məhrum olan uşaqlar dövlətimizin…

Parisdə Azərbaycan musiqilərinə dair gecə keçirilib

Fransanın Paris şəhərində Azərbaycan musiqilərindən ibarət “Alov və İpək yurdu” adlı konsert keçirilib. Newsmedia xəbər verir ki, Fransa paytaxtının 8-ci rayonunun meriyası, “Arts Au Diapason” Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən konsertdə azərbaycanlı bəstəkarların əsərlərini pianoçu Səidə Zülfüqarova, violonçeldə Lor Volpato ifa ediblər. Proqramda Oqtay Zülfüqarov, Fikrət Əmirov, Arif Məlikov, Adelya Hüseynzadə, Əşrəf Abbasov, Cövdət Hacıyev, Cahangir Zülfüqarov, Fərhad Bədəlbəylinin əsərləri yer alıb. Konsertdə Azərbaycan bəstəkarları, onların yaradıcılığı, musiqimiz, habelə muğam, milli musiqi alətlərimiz tar və kamança haqqında qonaqlara geniş məlumat verilib. Konsertdə muğamın və kamançanın UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil edildiyi…